Britaniyanın The Telegraph və Daily Mail tabloidlərinin jurnalistləri 28 milyon dollarlıq qiymətə malik olan unikal Rolls-Royce Boat Tail sahibləri haqqında məlumat əldə ediblər. Nəşrlərin bildirdiyinə görə, nümayiş edilmiş kabriolet müğənni Beyonsa və onun əri repçi Jay-Z-ə məxsusdur.

Həm Rolls-Royce, həm də ulduz cütlüyün nümayəndələri şərh verməkdən imtina ediblər, lakin KİV-lər insayder məlumatını dəlil kimi göstərirlər. Üstəlik, Boat Tail kabrioletinin evli cütlüyün xüsusi sifarişi ilə hazırlandığı faktını Rolls-Royce şirkətinin mətbuat xidməti öz açıqlamasında təsdiqləyir.

Modelin təsvirində onun sahibinin Armand de Brignac şampanına üstünlük verdiyini və bunun repçi Jay-Z-yə ilk işarə olduğunu söyləmək olar, çünki musiqiçi adı çəkilən şərabın istehsalçısı olan şirkətin ortaq sahibidir.

Daily Mail nəşrinin yazdığına görə, Rolls-Royce Boat Tail interyerinin mavi çaları Beyons və Jay-Z-nin böyük qızının şərəfinə Blue Ivy adını daşıyır. Nəhayət, hər iki musiqiçi mühərrik bölməsinin qapağına öz  imzalarını atıblar – jurnalistlərə bu barədə məlumatı Rolls-Royce şirkətinin daxilindəki mənbə verib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Maraqlı tərəflər şərh verməkdən imtina ediblər, bu səbəbdən ingilis jurnalistlərinin insayder məlumatı hələlik təsdiqlənməyib. Rolls-Royce Boat Tail haqqında daha ətraflı məlumat, kabrioletin 8 iyun tarixində keçiriləcək rəsmi təqdimatında açıqlanacaqdır.

Böyük ehtimalla, tədbir zamanı digər iki Boat Tail modelinin dizaynı açıqlanacaq və avtomobillərin texniki xüsusiyyətləri təsdiqini tapacaqdır.