Volkswagen AG və Amerika Birləşmiş Ştatlar hökuməti, alman konserni tərəfindən «dizel qalmaqalı» ilə bağlı ödəniləcək kompensasiyanın dəyərini razılaşdırmışdırlar. Bloomberg agentliyinin ABŞ hökumətindəki mənbələrindən əldə etdiyi məlumata əsasən, hökumət idarələrinin və fərdi şəxslərin məhkəmədə qaldırdıqları iddiaların ödənilməsi üçün aıman istehsalçısı tərəfindən ən azı 10 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulmuşdur.nBununla bərabər, bu vəsaitin hansı hissəsinin zərərli tullantıların səviyyəsinin yüksək olduğu dizel mühərrikli avtomobillərin sahiblərinə ödəniləcəyi məlum deyildir.

Bundan əlavə, istehsalçının bu vəsaitləri necə istifadə edəcəyi - nağd şəkildə avtomobil sahiblərinə ödəməsi və ya təmirə xərcləyəcəyi barədə dəqiq məlumat yoxdur. Bloomberg agentliyinin məlumatında görə, stend sınaqları zamanı zərərli tullantıların səviyyəsini azaldan proqram təminatının tətbiq edilməsi səbəbindən Volkswagen konserninin 42 milyard dollar məbləğində cərimələnməsi təhlükəsi mövcuddur.  

«Automotive News» nəşrinin verdiyi məlumatda isə, ABŞ hökuməti ilə Volkswagen şirkəti arasında razılaşmaya görə, alman istehsalçı qalmaqal obyekti olan avtomobillərin ABŞ-dakı sahiblərinə onların geri alınması barədə təklif də irəli sürəcəkdir. Bu aksiya 2,0-litlik dizel güc aqreqatları ilə təchiz edilmiş yarım milyon avtomobili əhatə edəcəkdir. Bu siayhıya 2009-cu ildən başlanaraq satılmış VW Golf, Jetta və Audi A3 modelləri daxildir.

Bunula belə, konsern 3,0-litrlik dizel mühərrikləri ilə təchiz edilmiş Audi və Porsche avtomobillərini geri almağı düşünmür.  Qeyd edildiyi kimi, avtomobilin geri alınması ancaq onun sahibinin razılığı ilə həyata keçirləcəkdir ki, bu şəxslərə həmçinin avtomobilin təmir edilməsi barədə təklif də ediləcəkdir.