Amerikan Expedition Motor Company firması 1992-ci ilin Mercedes-Benz G 250 D modelini bərpa edib. Ofrouderi tamamilə sökərək, gərək olan detal və qurğuları yenisi ilə əvəz ediblər, həmçinin onun konstruksiyasını müasir standartlara çatdlıraraq, ciddi testlərdən keçiriblər. Firma ofrouderi 90 min dollara satır. Bir modelin hazırlanmasına 3-4 ay vaxt tələb olunur.

Əsas olaraq avropa hərbiçiləri üçün buraxılmış klassik G-Class modeli götürülüb. Expedition Motor Company mühəndisləri avtomobili işıqdiodlarına hazırlanmış arxa və linzalaşdırılmış ön fənərlər ilə təchiz ediblər. 2,5-litrlik dizel mühərriki də təkmilləşdirilmələrdən nəsibini alıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, ofrouder ön bucurqad, güc bamperləri, yeni radiator barmaqlığı əldə edib, həmçinin müasir texnologiyalardan istifadə edilərək rənglənib. Qalan hissələrə gəldikdə isə, avtomobil 1990-cı ildə buraxılmış versiya ilə bənzərdir: ötürmələr qutusu, körpülər differensiallar və əyləclər tam yenidirlər. Qalan elementləri isə dəqiqliklə yenidən yaradılıbdır.

Tünerin əməkdaşları hər bir avtomobilin bərpasına 1000 saatdan çox vaxt sərf edir. Bu səbəbdən də avtomobilin hazırlanması üçün 3-4 ay vaxt tələb edilir. Avtomobilin qiyməti 90 min dollar təşkil edir. Şirkətin saytındakı onlayn-konfiqurator vasitəsi ilə fərdi layihə ilə klassik Gelandewagen və Defender modelini yığmaq olar.