Pixar şirkəti məşhur “Cars” (“Avtomobillər”) cizgi filminin üçüncü hissəsinin treylerini dərc etmişdir. YouToube kanalına yüklənmiş videodan göründüyü kimi, filmdə elektrokarlar da iştirak edəcəkdir. “Avtomobillər” cizgi filminin üçüncü hissəsinin premyerası 2017-ci ilin yayında keçiriləcəkdir.

Cizgi filminin rejissoru əvvəlki hissələri də çəkmiş Brayan Fi olmuşdur. “Avtomobillər” cizgi filminin baş qəhrəmanlarını Oyen Uilson, Maykl Keyn, Emili Mortimer və Dəniel Lourens Uitni səsləndirmişdirlər. “Avtomobillər” cizgi filminin ilk seriyası yayıma 2006-cı ildə  çıxmışdır.

İkinci seriya isə 2011-ci ildə işıq üzü görmüşdür. Cizgi filiminin nümayişindən əldə edilən ümumi gəlir bir milyard dolları keçmişdir. Hər iki hissədə İldırım Makkuin adlı yarış avtomobilindən bəhs edilir. İlk seriyada hadisələr ABŞ-da cərəyan etsə də, ikinci seriyada hadisələr bütün dünyada baş verir.