Məlum olduğu kimi, Cadillac şirkəti Blackwing seriyasından olan CT4-V və CT5-V sedanlarını seriya istehsalına hazırlamağa davam edir. "V-Series subbrendinin yeni dövrü" ərəfəsində şirkət hər iki idman avtomobili üçün nəzərdə tutulmuş sükan çarxının şəklini dərc edib.

Dəri və karbon ilə tərtib edilmiş sükan qırmızı sıfır işarəsini alacaqdır. Solda xüsusi parametrlər rejimini aktivləşdirmək üçün nəzərdə tutulmuş V-Mode düyməsi, sağda isə Performance Traction Management sisteminin açarı yerləşəcəkdir.

Sürücü yerindən 200-ə qədər işarələnmiş rəqəmsal spidometri görmək mümkündür - çox güman ki, bu mil/saat sürətidir. Nəticə etibarilə "bərkgedən" sedanlar 322 km/saat həddinə qədər sürətlənə biləcəkdirlər.

Cadillac şirkəti CT4-V Blackwing və CT5-V Blackwing modellərinin satışlarının 2021-ci ilin yayında başlanacağını da təsdiqləyib. İlkin olaraq, bu modelləri bir müddət bundan əvvəl buraxmaq planlaşdırılsa da, ancaq koronavirus pandemiyası planların həyata keçirilməsinə mane olub.

İstehsalçının əvvəlki hesabatlarından, daxili məlumatlardan və casus görüntülərindən Blackwing sedanlarının fərqli bamperləri, havalandırılan ön qanadları və böyüdülmüş arxa spoyleri olan daha aqressiv görünüşə, həmçinin şassi və elektron sistemlərin idman tənzimləmələrinə malik olacağını bilirik. Hər iki model mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Bununla belə, Blackwing seriyasından olan sedanların mühərrikləri barədə dəqiq məlumat verrilməyib.

Şayiələrə görə, CT4-V Blackwing sedanının 2,7-litrlik dördsilindrli turbomühərrikini ATS-V modelindən tanış olan 3.6-litrlik V6 biturbo aqreqat əvəzləyə bilər. CT5-V Blackwing isə, 3,0-litrlik V6 mühərrikinin əvəzinə CTS-V sedanından tanış olan 6,2-litrlik V8 mühərrikini ala bilər.