Aydaho ştatının Kör-d’Alen şəhərində fəaliyyət göstərən Rtech Fabrications atelyesinin mütəxəssisləri 1966-cı ilin Chevrolet Crew Cab modelini effektiv restomoda çevirməyi qərara alıblar. Ponderosa adını almış pikap 1972-ci ilin C30 şassisində inşa edilmiş və iki rəngə boyanmışdır. Pikapın kapotunun altında 5,9-litlik Cummins turbodizeli yerləşdirilib. Bu mühərrik 1996-cı ilin Dodge Ram modelindən götürülüb.

Güc aqreqatı əsaslı şəkildə modernləşdirilib: mühərrik Mahle porşenlərinə, yeni paylayıcı vala, çiləmə sisteminə, kollektorlara, daha güclü turbokompressora və Flowmaster buraxılış sisteminə sahib olub. Nəticədə, dizel mühərriki 550 at qüvvəsi və 1763 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 5-pilləli avtomatik qutu və ağır istismar şərtlər üçün uyğunlaşdırılmış paylayıcı qutu ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Chevrolet Ponderosa həmçinin gücləndirilmiş kardan vallarına, yarımoxlara və sükan valına, 5-tonluq  Warn bucurqadına sahib olub. Pikapın maraqlı cəhətlərindən biri də Skyjacker ressorları və Bilstein amortizatorlarıdır. Yanacaq çəninin həcmi 227 litrdir. Pikap 37-düymlük Nitto Trail Grapplers şinləri ilə təchiz edilib.

Pikapın interyeri əsaslı şəkildə bərpa edilib. Yeni oturacaqlar autentik parça dəri ilə örtülmüş və 1966-cı ilin orijinal oturacaqlarından seçilmirlər. RetroSound Hermosa səs sistemi da müasirdir, lakin, onun dizaynı bunu bəlli etmir. Salonda 1966-cı ilin naviqasiya sistemi – kompas da saxlanılıbdır. Restomodun qiyməti 150 min dollardır.