Bu yaxınlarda Mecum hərrac evinin satışlarına Stiven Kinqin romanına əsasən 1983-cü ildə çəkilmiş “Kristina” filminin baş qəhrəmanı çıxarılacaqdır. İri planda çəkilişlərin aparılması üçün istifadə edilmiş Plymouth Fury modelinin satışlarından ən azı 400 min dollar əldə ediləcəyi gözlənilir.

Hərraca çıxarılacaq Plymouth Fury modeli 1958-ci ildə buraxılıb. Avtomobilin tarixi sənədlərlə təsdiqlənib: mütəxəssislərin sərəncamında avtomobilin “Kristina” filminin prodüseri Riçard Konritslə və aktyorlarla çəkilmiş şəkilləri vardır. Qırmızı-ağ rəngli hardtopun ilk sahibi isə Polar Film studiyası olub. Filmin çəkilişlərindən sonra avtomobilin lotoreyada oynandığı və 61 il ərizndə bir neçə dəfə sahib dəyişdirdiyi də məlumdur.

Ən maraqlısı odur ki, Kristina” romanının müəllifi Stiven Kinq, bu avtomobili əsas rəqibləri olan Ford və Chevrolet modellərinin kölgəsində qaldığı üçün seçdiyini bildirmişdi. Yazıçı onsuz da diqqətlə əhatə olunmuş Ford Thunderbird ya da Galaxies kimi modelləri populyarlaşdırmaq istəmirmiş.

Plymouth Fury modelinin kapotunun altında Offenhauser giriş kollektoru və iki karbüratörü olan kiçik bloka malik olan V8 mühərriki yerləşir. Avtomobilin avadanlıq siyahısına sükanın hidrogücləndiricisi, avtomatik TorqueFlite ötürmələr qutusu, əyləc gücləndiricisi və "Kristinanın səsi" olan radioqəbuledici daxildir. Əfsanəvi avtomobilin salonu qan qırmızısı çalarlarında tərtib edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Satışa çıxarılan Plymouth Fury, Con Karpenterin filmində çəkilmiş və bu günlərə qədər gəlib çıxmış avtomobillərdən  biridir. Lotun yüksək qiyməti məhz bununla izah edilir. Mecum nümayəndələrinin ehtimallarına görə, yanvar ayının əvvəlində keçiriləcək hərracda avtomobilin satışından 400-500 min dollar vəsait əldə etmək mümkün olacaqdır.