Dünən Atlantik okeanında üzən Felicity Ace yük gəmisində baş vermiş yanğın barədə məlumatı dərc etmişdik. Bu gün isə, Russell Group sığorta şirkətinin mütəxəssislərinin yanğının vurduğu ziyanı hesabladıqlarına dair məlumat peyda olub. Yük gəmisinin göyərtəsində aralarından bahalı Audi, Bentley, Lamborghini və Porsche avtomobilləri olan dörd min avtomobilin olduğu bilinirdi.Yanğınsöndürənlər demək olar ki, alovu ram edə biliblər, lakin bu hadisənin nəticələri avtomobil istehsalçılarına baha başa gələcəkdir.

İlkin məlumatlara görə, gəmiyə yüklənmiş dörd min yeni avtomobilin dəyəri 400 milyon dollara yaxındır. Bununla belə, mütəxəssislər dəymiş ziyanının 438 milyon dollara olduğu qənaətinə gəliblər. Üstəlik, ekspertlər yanğın nəticəsində gəmiyə dəymiş ziyanı nəzərə almayıblar. Hadisə nəticəsində təkcə Volkswagen şirkətinə 155 milyon dollar ziyan dəyib.

Gəmi kapitanı yanğının elektrokarların olduğu anbarda başladığını bildirib – elektrokarların birinin qidlanma elementi alışaraq yanmağa başlayıb. Gəmi heyəti yanğınla bacarmayıb və xilasetmə qayıqları ilə gəmini tərk etmək məcburiyyətində qalıb. Haidsə yerinə gələn yanğınsöndürənlər də alovla bacara bilməyiblər – su yanan litium-ion akkumulyatorları ilə mübarizədə qeyri-effektiv olub. Bundan başqa, yanan nəqliyyat vasitələrinin anbarlara yüklənməsi xilasetmə əməliyyatını çətinləşdirən amillərdən biri olub. Zəhərli tüstü anbarlara daxil olmağa imkan verməyib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.