“Autosport” nəşri Fernando Alonsonun kiberidman komandası yaradan ilk Formula 1 pilotu olduğunu bildirib.

McLaren komandasının ispna pilotu yeni komandanın yaradılması barədə bəyanatı 2017-ci ilin Formula 1 mövsümünün son yarışı olan Aəbu-Dabi Qran Prisində verib. Fernando Alonso bu işdə McLaren və ispan G2 komandalarının sponsoru olan Logitech ilə əməkdaşlıq edəcəkdir.

Komanda FA Racing G2 Logitech adlandırılacaq və simreysinq üzrə yarışlarda iştirak edəcəkdir.

“Nəhayət komandanın direktoru oldum, - Alonso söyləyib. – Bu maraqlı və tamamilə maraqlı bir təcrübədir. Hesab edirəm ki, kiberidman digər sahələrdə uğurlu olsa da, simreysinq yenicə inkişaf etməyə başlayıb və onun böyük potensialı vardır. Mən bu istiqamətə sərmayə qoyanlar arasında birinci olduğuma görə çox şadam. Əminəm ki, tez zamanda nəinki bizim üçün, eyni zamanda oyunçular və azarkeşlər üçün yaxşı və şən zamanlar gəlib-çatacaqdır”.