FCA konserni Fiat şirkətinin italyan dilerlərinin balansına onların sifariş vermədiyi avtomobilləri yazmışdır. Automotive News nəşrinin bildirdiyinə görə, avtomobil mərkəzləri ümumi məbləği 90 milyon avro olan az tələbatlı avtomobilləri almışdırlar.

Firmaların birinin nümayəndəsinin nəşrə verdiyi məlumatda, onların dilerlər sistemindəki balansında qəflətən pis satılan Fiat Tipo modelinin böyük partiyası aşkar edilmişdir. Bundan başqa, formal olaraq onlaraq Ducato venlərini də vermişdirlər. «Bizə sifariş etmədiyimiz Tipo avtomobilləri üçün hesab göndəriblər. Eyni zamanda avtomobillər düzgün olmayan spesifikasiyada olduğu üçün onları satmaq çox çətindir. Onsuz da bizdə olan Tipo modelləri satılmamış qalıb», - bildirən şəxs FCA konserninin neqativ reaksiyasından çəkindiyindən naməlum qalmasını xahiş etmişdir.

Daha bir şirkətdən növbəti məzmunlu məlumat verilmişdir: «Fiat bizə ayda dörd min ədəd satdığımız model (Tipo) üçün beş min ədədlik hesab təqdim etmişdir». FCA konsernindən hələlik heç bir açıqlama verilməmişdir. Qeyri-rəsmi məlumatlara görə Fiat şirkətinin İtaliyadakı dilerlərinin anbarlarında bir neçə aylıq Tipo modelinin ehtiyatları mövcuddur.  Automotive News nəşrinin bildirdiyinə görə, bu gediş FCA konserninə 2017-ci ilin birinci rübündə satışları artırmağa və müvafiq olaraq gəliri də 90 milyon avro çoxaltmağa imkan vermişdir. 

Bu ilin nəticələrinə görə keçirilmiş mətbuat konfransında FCA konserninin başçısı Sercio Markionne  şirkət üçün birinci rübün çox çətin olduğunu bildirmişdir. Nəşr həmçinin, qəflətən təqdim edilmiş hesablar ucbatından FCA və İtaliyadakı 150 diler mərkəzi arasında olan münasibətlərin gərginləşdiyini bildirmişdir.