Fransanın paytaxtı Paris şəhərindəki veteranlar evində keçirilən 32-ci Beynəlxalq festivalda 2016-cı ilin ən gözəl superkarını seçmişdirlər. Qalib Ferrari GTC4Lusso sportkarı olmuşdur.

Ferrari GTC4Lusso modeli ilə birlikdə birinci yer uğrunda Bugatti Chiron hiperkarı, Aston Martin RB 001 konsept modeli və yeni nəsil Porsche Panamera hetçbeki yarışmışdırlar. Qalibi məşhur axitektor Jan-Mişel Vilmottun başçılıq etdiyi münsiflər heyəti seçmişdir. Mükafat Ferrari şirkətinin baş dizayneri Flavio Mansoniyə təqdim edilmişdir. Ferrari GTC4Lusso keçən ilin fevralında FF modelini əvəzləmişdir. Superkar 680 at qüvvəli 6,3-litlik on iki silindirli atmosfer mühərriki ilə təchiz edilir. Mühərrikin maksimal fırlanma anı 697 Nm təşkil edir ki, bununda 80 faizi artıq 1750 dövr/dəqiqədə əl çatandır.

Superkar saatda 100 kilometr sürətini 3,4 saniyəyə toplayır və 335 km/saat maksimal sürətə malikdir. Ferrari GTC4 Lusso’nun ağırlığı 1790 kiloqram təşkil edir. Avtomobilin oxlar arasında olan çəki nisbəti 47:53-dir. GTC4Lusso həmçinin tam idarəolunan şassi və yandan sürüşmələrə nəzarət edən Slip Side Control sistemi ilə təchiz edilir.

Sonuncu sistem elektronika ilə idarə edilən differensial və aktiv amortizatorlarla birlikdə çalışaraq onların fəaliyyətini tənzimləyir və yandan sürüşməyə nəzarəti təmin edir.

Image alt Image alt Image alt Image alt Image alt