Geely şirkətinə məxsus olan Lynk&Co. markası 03 indeksli konseptual sedanı təqdim etmişdir. Müasir Volvo aqreqatlarında yaradılmış avtomobilin təqdimatı Şanxay avtosalonunda keçiriləcəkdir.

Avtomobilin dizaynı üzərində Geely şirkətinin baş dizayneri Piter Horberi işləmişdir. Xatırladaq ki, Horberi bir neçə il bundan öncə Volvo markasının şef-dizayenri idi. Yeni konsept Volvo və Geely şirkətlərinin birgə məhsulu olan CMA modul platformasında yaradılmışdır. Yaxın zamanlarda bu platformada Volvo XC40 krossoveri və V40 hetçbekinin yeni nəsil, həmçinin 40-cı seriyadan olan sedan və universal istehsal edilməlidir.

Lynk&Co 03 modelinin seriya variantı 180 at qüvvəsi hasil edən 1,5-litrlik turbomühərrik və yeddi pilləli robotlaşdırılmış transmissiya ilə təhiz ediləcəyi ehtimal olunur. Bundan başqa, modelin hibrid güc aqreqatı ilə təchiz edilmiş variantının olacağı da istisna edilmir.

Avtomobilin ən güclü variantı 240 at qüvvəsi gücü olan 2,0-litrlik turbomühərrik ilə hərəkətə gələcəkdir.

Çin istehsalçısı avtomobili onlayn və yeganə təchizat səviyyəsində satmağı planlaşdırır. Volvo şirkətinə sahib olan Geely şirkətinin yeni avtomobil brendi təsis etdiyi keçən il elan olunmuşdu Yeni avtomobillərin istehsalına bu ilin sonunda başlanmalıdı.

2019-cu ildə avtomobil Avropa və ABŞ bazarına çıxarılacaqdır. Bundan başqa, şirkət karşerinq və xüsusi maliyyələşmə proqramları hazırlamışdır ki, bu proqramlar sayəsində avtomobilin sahibi faktiki olaraq onun istifadəsini ödəyəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt