Koenigsegg şirkətinə məxsus olan RAW Design House dizayn studiyası, isveç markasının başlanğıc modeli haqqında düşüncələrini təqdim edib. Layihə müəllifi, finlandiyalı dizayner Esa Mustonenə görə, "kiçik" hiperkar Qandini konseptlərinin üslubunda pazşəklli kuzova sahib ola bilər. Eyni zamanda, Koenigsegg markasına xas olan dizayn elementləri - panoram ön şüşə və "iki çıxıntılı" dam, - qorunub saxlanmalıdır.

Esa Mustonen Finlandiyanın Lahti şəhərində nəqliyyat dizaynını üzrə təhsil alır və Koenigsegg üçün hazırladığı virtual hiperkar onun diplom işidir. Koenigsegg şirkətinin baş dizayneri Saşa Selipanovun rəhbərlik etdiyi RAW Design House studiyasının kollektivi hiperkarı yalnız vizuallaşdırmağa kömək edib. Studiyanın dizaynerləri, eyni zamanda, texniki hissə haqqında da düşünüblər. Koenigsegg konsepti tamamilə karbondan hazırlanıb və McLaren Speedtail modelində olduğu kimi üç oturacağa, aerodinamikanı yaxşılaşdırmaq üçün isə, mürəkkəb hava kanalları sisteminə və hərəkət edən arxa diffuzora malikdir.

Layihə, şirkətin rəhbəri Kristian fon Küniqseqqin şəxsi nəzarətində olub, buna görə də, hiperkar virtual olsa da, müvafiq xüsusiyyətlərə malikdir. Planlaşdırıldığı kimi, "başlanğıc səviyyəli" modelin oturacaqlarının arxasında üç silindrə və FreeValve texnologiyasına malik yığcam 2.0 TFG biturbo mühərriki quraşdırılmışdır.

Bu aqreqat dörd nəfərlik Gemera modelində 600 at qüvvəsi hasil edir, lakin hibrid əlavədən məhrum olan "kiçik" modeldə bu göstərici 700 at qüvvəsinə çatdırıla bilər. Bununla belə, hiperkarın kütləsi 700 kiloqramı keçmədiyi üçün, onun çəkiyə olan güc nisbəti Koenigsegg One: 1 hiperkarında olduğu kimidir - 1: 1.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Müqayisə üçün, "Cemera" modelinin çəkisi 1820 kiloqramdır. Hibrid hiperkar 100 km/saat həddini 1,9 saniyəyə toplayır. Gemera modelinin güc qurğusunun ümumi hasilatə 1727 at qüvvəsi və 3500 Nm fırlanma anıdır. "Turboüçlük" ilə yanaşı, Koenigsegg Gemera, üç elektrik mühərriki və KDD transmissiyası ilə təchiz edilir.