İyirmi il bundan öncə Ford şirkəti Harley-Davidson firmasının mütəxəssislərinin iştirakı ilə xüsusi F-150 pikapı işıq üzü görmüşdü.Bu il iki şirkətin əməkdaşlığına 2019-cu ildə Ford F-150 Harley-Davidson Edition xüsusi versiyasının buraxılması ilə son verilib. Bu ildən məşhur motosikl şirkətinin loqosunu daşımaq hüququnu GMC Sierra pikapı əldə edib.

Harley-Davidson şirkətindən verilən məlumata görə,”Harley” bayklarının pərəstişkarları üçün nəzərdə tutulmuş pikap 65 dəyişiklik və təkmilləşdirmələrə məruz qalıb. Harley-Davidson GMC Sierra modeli əfsanəvi Fat Boy motosiklinin motivləri əsasında yaradılıbdır. Xüsusi pikap radiator barmaqlığının və səsboğucu sistemin çıxış borularının tərtibatı, ön bamperdəki LED işıqlar,35-düymlük şinlərə məxsus olan  22-düymlük təkər diskləri, genişləndirilmiş təkər tağları, həmçinin elektrik ötürməsi və işıqlandırması olan ayaqaltılar ilə seçilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, pikap bolluca şəkildə Harley-Davidson loqotipləri ilə təchiz edilib: loqotiplərə həm eksteryerdə, həm də interyerdə rast gəlmək olar. Xüsusi pikapların kuzovu üç rəngə boyanacaqdır: Onyx Black, Summit White və Satin Steel Metallic. Lakin, xüsusi versiyanın yaradıcıları kosmetik dəyişikliklərlə məhdudlaşmayıblar – Harley-Davidson GMC Sierra BDS komponentlərindən və Fox amortizatorlarından hazırlanmış asqı ilə təchiz edilib. Bu asqı, eyni zamanda, pikapın klirensini artırmağa yardım edib.

Xüsusi pikapların istehsalı İndianada fəaliyyət göstərən Tuscany Motor Co., firmasına həvalə edilib. Sonuncu uzun illərdir ki, pikapların təkmilləşdirilməsi ilə məşğuldur. Xüsusi seriyadan olan 250 pikapın buraxılması planlaşdırılır.  Hər bir pikap 95995 dollardan başlayan qiymətlər ilə satılacaqdır.