Məşhur Henri Fordun adaşını Ford avtomobillərinin soyulmasında və qaçırılmasında şübhəli bilirlər. Detroytun WXYZ-TV telekanalı bu şəxsin soyğun və quldur basqınları səbəbi ilə dəfələrlə həbs edildiyini müəyyən edib.

Detroyt polisi hələ də bu şəxsin nədən məhz «Mavi ovalın» avtomobillərini soyub qaçırdığını izah edə bilmir. Ola bilər ki, soyğunçu Henry Fordun güclü yumor hissi var və yaxud bu brendin ehtiyat hissələri qara bazarda daha baha satılır. İstənilən halda cinayətkar Henri Ford artıq Ford EcoSport modelinin şinlərini oğurlamaq və Ford F-150 pikapından avadanlığı çıxarmağa imkan tapıb. Bu səbəbdən də, onun həbsi üçün order yazılıb və Ford haqqında faydalı məlumat verənə mükafat da vəd edilib.

Miçiqan ştatının islahedici müəssisələri departamenti Fordun təhlükəli və böyük ehtimalla silahlı olduğunu bildirib.  Departamentin bildirdiyinə görə, bu səxs ayağındakı elektron qolbağını kəsərək ev həbsindən qaçıb. O, qurğunu polisə göndərərək, vaxtından əvvəl şərti azadlığa buraxıldığını bildirib.