Honda şirkətinin mühəndisləri yeni Civic Type R hetçbekinə avtomatik ötürmələr qutusunu quraşdırmaqdan imtina ediblər. Avstraliyanın Motoring nəsşrinə müsahibə verən layihənin başçısı Yuci Matsumoçi avtomat qutunun müəyyən risklərə yol açdığını bildirib.

Bunun əsas səbəbi kimi belə qutuların ağır olması, həmçinin qutunun oxlar arasında çəkinin bölünmə nisbətini pozmaq ehtimalının olması göstərilib. Yazda təqdim etilmiş qaynar hetçbek yalnız altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Bu qutu aşağı pilləyə keçərkən akselerasiya funksiyasına da malikdir.

Matsumoçinin sözlərinə görə, bu qutu xüsusi olaraq Type R modeli üçün işlənib-hazırlanmışdır. Bildiyimiz kimi, Civic Type modelinin 2,0-litrlik turbomühərriki 320 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. Avtomobilin öndən çəkişli olması oxlar arasında çəkinin düzgün bölünməsini vacib etmişdir.

"Type R öndən çəkişli yüngülavtomobildir və bu da yüngül çəkili transmissiyanın quraşdırlmasını tələb edir. Əgər mühərrik çox güc hasil edirsə və iri çəkiyə malikdirsə, transmissiya yüngül olmalıdır", - Yuci Matsumoçi bildirib.

O həmçinin, Honda tərəfindən belə güclü mühərriklə işləyə biləcək avtomat və ya robotun quraşdırılmasına cəhd edilsəydi, bu aqreqat çox ağır olardı. Bu avtomobilin ön hissəsinin çəkisini artırar və beləliklə çəkinin bölünməsi nisbətini pozardı. Bir müddət əvvəl, Honda şirkətinin "qaynar" hetçbekin digər modifikasiyaları üzərində çalışmaq niyyətinin olduğu da bildirilmişdir.

Bu gündəlik istifadəyə yönəldilmiş daha sadə variantın, həmçinin tam çəkişli daha ekstremal modifikasiyanın olacağı anlamına gəlir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt