Frankfurtda fəaliyyət göstərən Keyvany tüninq atelyesinin mütəxəssisləri Lamborghini Urus krossoverini daha aqressiv, yüngül və daha sürətli hala gətiriblər.

Hətta, alman atelyesi tərəfindən hazırlanmış Lamborghini Urus modelinin tüninq versiyası öz adına sahib olub - Keyrus. İtalyan superkrossoveri onsuz da cəlbedici görünüşə malikdir, lakin frankfurtlu mütəxəssislər avtomobilə «ağlasığmaz» görkəm bəxş etdiklərini bildiriblər.

Bununla razılaşmamaq çətindir: Urus, şəffaf lak ilə örtülmüş rənglənməmiş karbon lifindən hazırlanmış çoxsaylı dekorativ elementlərlə bəzədilib. Bunların arasında - təkər tağlarına genişləndiriciləri, ön bamperdəki hava girişləri və spoyler parçalayıcı, iri çıxıntılı kandarlar, arxa bamperin altındakı diffuzor, spoyler və antiqanad da vardır.

Kapot və yan güzgülərinin gövdəsi tamamilə karbondan hazırlanıb. Bu rəsmi karbondan mərkəzi qapaqları olan nəhəng 24-düymlük təkərlər diskləri tamamlayır. Almanlar, ön fənərdəki Y-şəkilli gündüz hərəkət işıqlarının formasını təkrarlayan ön bamperdəki əlavə diod işıqlandırması ilə xüsusi olaraq fəxr edirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin, Keyvany atelyesi işləri yalnız eksteryerin təkmillədirilməsi məhdudlaşdırmayıb. Superkrossoverin çəkisi 75 kiloqram azaldılıb: bunların 34 kiloqramı ön oxa, 41 kiloqramı isə arxa oxa düşür. 4,0-litrlik V8 biturbomotorunun gücü 650-dən 820 at qüvvəsinə, fırlanma anı isə 850-dən 1100 Nm-ə qədər artırılıb. Nəticədə, tüninq keçmiş Urus krossover 100 km/saat həddinə 3.3 saniyəyə (- 0,3 saniyə) sürətlənir və 325 km/saatlıq (+20 km/saat) maksimal sürət həddinə malik olub.

Avtomobilin interyer tərtibatında sarı və qara rəngli dəridən və karbondan hazırlanmış dekor elementlərindən istifadə olunub.