İsveçin Koenigsegg şirkəti yalnız yeni hiperkarların satışı ilə məşğul deyil, o həm də köhnə avtomobilləri təkmilləşdirilməsini də məmnuniyyətlə yerinə yetirir. Belə təkmilləşdirmələrdən sonuncusu Agera RS Refinement modelidir. 2017-ci ilin hiperkarı One: 1 üslubunda dizayn elementləri və yeni avadanlıqlar sayəsində təravətləndirilib.

2017-ci ilin Koenigsegg Agera RS modelinin təkmilləşdirilməsi layihəsi 2019-cu ilin payızında başlanıb: müştərilərdən biri şirkətə müraciət edərək avtomobilinə One: 1 üslubunda havalandırma kəsiklərini əlavə etmək istədiyini bildirib.

Yüngül feysliftin maksimum bir ay çəkəcəyi gözlənilirdi, lakin isveçlilər işə aludə olduğundan Agera RS Refinement modelinin son versiyası yalnız 2020-ci ilin dekabrında nümayiş etdirilib. Kupe yeni kapot ilə yanaşı, arxa hava girişinə və ön bamperin yan hissələrində əlavə kanardlara sahib olub. Loqotiplər, boltlar və buraxılış sisteminin çıxış boruları qara-kömür rənginə boyanıb.

Bununla birlikdə, Agera RS Refinement modelinin əsas əldə etdiklərin biri yeni arxa antiqanaddır. Əvvəlki antiqanad yaylı mexanizmlə hərəkətə gəlirdi, yenisi isə bort sisteminə yerləşdirilmiş proqram təminatı ilə idarə edilən və elektrik aktuatorları olan tamamilə aktiv aerodinamik elementdir.

Bundan başqa, Agera modelinin salonunda Regera və Jesko modellərində olduğu kimi SmartCluster rəqəmsal cihazlar paneli peyda olub. Ancaq isveçlilər mühərrikin tənzimləmələrinə toxunmayıblar.

Bu, avtomobilin 1MW opsiyası olan 1360 at qüvvəsi və 1371 Nm fırlanma anı hasil etdirən 5,0-litrlik V8 biturbo mühərriklə təchiz olunduğundan xəbər verir. Adi Arega RS modeli sıfırdan 100 km/saat həddinə 2,5 saniyəyə sürətlənir.

Refinement indeksini almış avtomobilin dinamik xarakteristikaları açıqlanmayıb - 447 km/saatlıq maksimal sürət həddi isə rəsmi olaraq təsdiqlənib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Daha nadir Koenigsegg One: 1 hiperkarını Agera RS modelindən fərqləndirən təkcə eksteryer dizaynı deyil, həm də daha möhkəm və yüngül monokokudur. Bundan əlavə, One: 1 daha mükəmməl aerodinamikaya malikdir: ön və arxadakı aktiv karbon elementlər döngələrdə daha çox yerəbasma gücü hasil edir, arxa antiqanad isə hava əyləci rolunu oynayır. 260 km/saat sürətlə hərəkət edən One: 1 modeli 610 kiloqram, Agera RS isə 500 kiloqram yerəbasma gücü yaradır.