Koenigsegg şirkəti öz əməkdaşları arasında xüsusi müsabiqə elan etmişdir. Əməkdaşlara Regera superhibridini öz zövqlərinə uyğun olaraq tərtib etmək təklif olunmuşdur. İlkin olaraq, prototip və xüsusi avtomobillərə cavabdeh olan Mattias Voks öz variantını təklif edtmişdir.

Şirkətin əməkdaşı kuzovun rənglənməsində yalnız qara, boz və ağ rənglərdən istifadə etmişdir. Bununla barəbər, müəllif karbon elementləri «təmiz» saxlayaraq, bu matreialın emalı fikrindən vaz keçmişdir. Superhibridin təsvirində Voksun tərtibatının 1950-ci illərin televiziyasında əla görünəcəyi barədə zarafat da mövcuddur. Bundan başqa, Voksun hazırladığı modeldə aerodinamik elementlərin lavə dəsti də quraşdırılmışdır. Koenigsegg şirkətində bu dəsti yeni opsional Aero dəsti kimi adlandırsalar da, bunun həqiqət və ya zarafat olduğu bəlli deyildir.Salonun tərtibatı zamanı, qəhvəyi rəngin aşıqı adlandırılmış müəllif Roe Deer sxemini seçmişdir. O qəhvəyi dəridən ön panelin, qapı panellərinin və oturacaqların yan hissəsinin üzlənməsində istifadə etmişdir. Oturacaqların mərkəzi hissəsi ağ rəngli tikişi olan dəri ilə üzlənmişdir.

Koenigsegg Regera superhibridi 1500 at qüvvəsi və 2000 Nm fırlanma anı olan hibrid güc qurğusu ilə hərəkətə gəlir. Qurğunun tərkibinə 5,0-litrlik iki turbokompressorlu V8 mühərriki, akkumulyatorlar dəsti və xüsusi olaraq bu model üçün hazırlanmış KDD transmissiyası (momentin ənənəvi ötürmələrsiz birbaşa təkərlərə göndərilməsi texnologiyası) daxildir. Superkar 100 km/saat həddini 2,8 saniyəyə toplayır. 400 km/saat həddinə sürətlənməyə Regera modelinə 20 saniyə vaxt tələb edilir. Cəmi 80 ədəd Regera superkarının istehsalı planlaşdırılır. Hər bir avtomobil 2,1 milyon avro qiymətə satılacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt