Cari nəsil Mazda BT-50 pikapı artıq 10 ildir ki istehsal olunur. Pikap vaxtı ilə Ford konserninin himayəsi altında yaradılmış və texniki olaraq Ford Ranger modeli ilə unifikasiya edilmişdi. Hazırkı pikapın əsas bazarları Avstraliya, Afrika və Asiya ölkələridir. Bu gün Mazda şirkəti üçüncü nəsil BT-50 pikapının tizereni dərc edərək olunun debüt tarixini açıqlayıb.

Isuzu D-Max

Mazda BT-50 modelinin yeni nəsli digər yapon istehsalçısı ilə əməkdaşlıqda yaradılıb. Ford şirkəti ilə əməkdaşlığına uzun müddətdir ki son vermiş Mazda şirkəti, yeni pikapın yaradılaması üçün tərəfdaş olaraq Isuzu şirkətini seçib. Beləliklə, gözlənildiyi kimi, bu dəfə Mazda BT-50 modeli Isuzu D-Max pikapının yaxın qohumu olacaqdır. Xatırladaq ki, Isuzu D-Max pikapının üçünücü nəsli ötən payızda təqdim olunub.

Mazda BT-50. Tizer

Üçüncü nəsil Mazda BT-50 pikapının təqdimatı 17 iyun tarixində baş tutmalıdır. Çox güman ki, texniki cəhətdən hər iki pikap bənzər olacaqdır, ancaq qohum modellərin eksteryer və interyer dizaynı, habelə təchizatı bir-birindən ciddi şəkildə fərqlənəcəkdir.