Alman Hofele-Design atelyesi Mercedes-AMG E 53 Cabriolet modelinin Maybach modelləri üslubunda hazırladığı dəbdəbəli versiyasını təqdim edib. Avtomobil yeganə nüsxədə mövcuddur və hazırda ƏDV daxil olmaqla 168.929 avroya satılır. Qeyd etmək gərəkdir ki, bu qiymətə Almaniyada Mercedes-Benz S 600 sedanını almaq olar.

Vizual olaraq Hofele tərəfindən hazırlanmış Mercedes-AMG E 53 Cabriolet modelini  Royal Peacock Blue mavi metallik rəngi, bamperlərdə parlaq qara rəngli örtüklər, şaquli çubuqları olan radiator barmaqlığı, yan panellərdə BMW 7 Series üslubunda olan dekor elementi və xrom haşiyələr sayəsində tanımaq olar. Bundan əlavə, kabriolet 21 düymlük Turbine döymə təkər diskləry ilə də təchiz edilib. Disklərin "bıçaqları" tutqun gümüşü rəngə boyanmış və ucları isə cilalanmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hofele kabrioletin salonunu tamamilə nappa dərisi ilə örtüb: interyerin üzlənməsi üçün bej Magnolia və mavi Royal Blue dərisindən istifadə edilib. Materialın parçaları əl ilə işarələnib tikilsə də, dekorativ tikişlərin, kantların və deliklər açılması kompüter tərəfindən idarə olunan dəqiq dəzgahlara həvalə edilibdir. Bütün plastik panellər və hətta açılan dam da dəri ilə üzlənibdir.  Mercedes-AMG E 53 Cabriolet modelinin döşəməsi qoyun yunun hazırlanmış kilimlər ilə örtülüb.