Mercedes-Benz şirkəti dünyada ilk dəfə üçüncü səviyyəli avtonom idarəetmə kompleksini sertifikatlaşdırıb. Almaniyanın Avtomobil nəqliyyatının federal idarəsi (KBA) BMT-nin UN-R157 qaydalarına əsasən firma Drive Pilot sisteminə təqdiretmə verib. Avtopilot 2022-ci ilin birinci yarısında opsiya şəklində təklif ediləcəkdir. Sistem sükan çarxındakı xüsusi düymə vasitəsi ilə aktivləşir və avtomagistralda hərəkət zamanı sürücüyə əllərini sükandan götürməyə imkan verir.

Drive Pilot hüquqi formallıq ucbatından hələlik  60 km/saat həddinə qədər sürətlərdə çalışır, lakin bu limit zamanı ilə artırılacaqdır. BMT-nin UN-R157 qaydası üçüncü səviyyəli avtonom idarəetmə kompleksinə olan texniki tələbləri ətraflı şəkildə təsvir edir: bunlara sistemin müxtəlif vəziyyətlərdə çalışma alqoritmi, yoldakı obyektlərin aşkarlama parametrləri, onlara reaksiya metodları və şəraitləri, habelə sürücü ilə qarşılıqlı əlaqəyə qarşı tələblər (sistemin çalışması barədə məlumatın ötürülməsi, avtomatik idarəetmədən “əllə” idarəyə keçid, sürücünün xəbərdarlığa reaksiya vermədiyi halda dayanmaq və nazasızlıqların aşkar edilməsi zamanı özünüyoxlama sistemi) daxildir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Drive Pilot sisteminin sertifikatlaşdırma testləri artıq ABŞ və Çində həyata keçirilir, Avropa qanunvericiliyi isə, Almaniya tərəfindən verilmiş təqdiretmə sənədinin Avropa İttifaqının digər ölkələrində, həmçinin Böyük Britaniyada, Yaponiyada, Cənubi Koreyada və Avstraliyada tanınmasını təmin edir. Drive Pilot sistemi çalışmaq üçün standart verici və kameralardan, radiator barmaqlığındakı lidardan, habelə yolların profili, nişan və aktual yol hadisələri haqqında məlumatları ehtiva edən HD-xəritəli yüksək dəqiqlikli mövqeləndirmə sistemindən, əlavə kamera və sensorlardan istifadə edir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.