Kolleksiya avtomobillərinin satıcısı olan Aston Martin New England firması satışa nadir sportkarı çıxarıb. Bu sportkar, 1966-cı ilin Bizzarrini 5300 Strada modelinin son orijinal nüsxəsidir.

Satıcı avtomobilin qiymətini 1,65 milyon dollar təyin edib. Onun odometrində olan yürüş məsafəsi 14,3 kilometrdir.

Bizzarrini 5300 Strada modeli Ferrari şirkətinin Cotto Bizzarrini inşa edib. Bizzarrini əvvəllər Alfa Romeo, Lamborghini və Iso şirkətlərində işləyibdir. 1965-ci ildən 1968-ci ilə qədər 133 ədəd sportkar istehsal edilib. Sportkar Chevrolet Corvette modelindən götürülmüş 5,4-litrlik V8 mühərriki ilə təchiz edilirdi. Güc aqreqatı 370 – 385 at qüvvəsi hasil edirdi. Corsa adlanan trek variantında mühərrik 405 at qüvvəsi hasil edirdi. Bizzarrini 5300 Strada modeli dörd pilləli BorgWarner mexaniki ötürmələr qutusu,

Dunlop əyləc mexanizmləri, özüqapanan differensial və De Dion yarısərbəst asqısı ilə təchiz edilirdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt