Audi şirkəti rəsmi olaraq R8 sportkarının açıq variantını - R8 Spyder modelini Nyu-York avtomobil salonunda rəsmi olaraq təqdim etmişdir. Yeni kabrioletin qabarit uzunluğu 4426 millimetrə, eni -1940 millimetrə, hündürlüyü isə 1244 millimetrə bərabərdir. Avtomobilin təkərlərarası bazası 2650 millimetr təşkil edir. Yeni superkar sələfindən 14 millimetr qısa və 36 millimetr enlidir. Bununla belə, avtomobilin digər ölçüləri dəyişilməz qalmışdırlar. Audi R8 Spyder çəkisi 44 kiloqram olan yumşaq dam örtüyü ilə təchiz edilmişdir. Yumşaq dam elektrohidravlik mexanizmin köməyi ilə 20 saniyəyə qatlanır.

Bu əməliyyatı 50 km/saat sürətində aparmaq mümkündür. Avtomobilin çəkisi 1612 kiloqram təşkil edir. Yeni spayderin səs izolyasiyası gücləndirilmiş və hava axınlarının burulması səviyyəsi aşağı salınmışdır. Açıq vəziyyətə hərəkət zamanı, sintetik materialdan hazırlanmış «parça» deflektor sayəsində sərnişinlərin baş və boyun hissəsindəki hava axınlarının səviyyəsi müvafiq olaraq 90 və 80 faiz azaldılmışdır.

Tam çəkişli Audi R8 Spyder superkarı 540 at qüvvəsi və 540 Nm fırlanma anına malik olan 5,2-litrlik V10 mühərriki və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilir. Avtomobil 100 km/saat həddini 3,6 saniyəyə, 200 km/saat həddini isə 11,8 saniyəyə toplayır. Spayderin maksimal sürəti 318 km/saat təşkil edir. Avtomobil qarışıq rejimdə 100 kilometrə 11,7 litr yanacaq sərf edir.

Superkarın təchizatına öndə 245/35, arxada isə 295/35 ölçülü şinlər ilə təchiz edilmiş 19-düymlük təkər diskləri, səkkizsilindirli əyləc mexanizmləri, Bang&Olufsen səs sistemi, 12.3 düymlük ekranı olan virtual cihazlar paneli və lazer fənərlər daxildir. Əlavə ödəniş etməklə 20-düymlük təkər disklərini və karbon-saxsıdan hazırlanmış əyləc mexanizmlərini sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt