Buick şirkəti yenilənmiş Encore modelini bu gün işinə başlayan Nyu-York avtomobil sərgisində nümayiş etdirmək niyyətindədir. Əslinə qalarsa, Buick Encore modeli Avropa bazarında satılan Opel Mokka X avtomobilinin amerikan markası altında satılan variantından başqa bir şey deyildir. Dizaynerlərin gördükləri işlərin nəticəsi olaraq, krossover yeni işıq texnikası, radiator barmaqlığı və ön bamper əldə etmişdir. Bundan əlavə, krossover yeni güzgülərlə, LED elementlərdən hazırlanmış arxa fənərlərlə və səsboğucu sistemin xromla örtülmüş boruları ilə təchiz edilir. Bununla yanaşı, Buick Encore yeni rəng şalarları və təkər diskləri ilə də komplektləşdiriləcəkdir.

Avtomobilin salonunda yenilənmiş cihazlar panelini, dizaynına yenidən baxılmış mərkəzi konsolu, həmçinin Apple CarPlay və Android Auto interfeysini dəstəkləyən multimedia sisteminin səkkiz düymlük ekranını görmək olar. 

Buick Encore 1,4-litrlik dördsilindirli turbomühərrik və altı pilləli avtomatik sürətlər qutusu ilə hərəkətə gəlir. Güc aqreqatı haqqında məlumat təqdim edilməsə də, bu mühərrikin Mokka X modelindən tanış olan 152 at qüvvəli turbomühərrikin olacağı istisna edilmir. Buick Encore modelinin sələrfi 138 və 153 at qüvvəli mühərriklərlə təchiz edilirdi.

Yenilənmiş Buick Encore modelinin satışlarına bu ilin payızında başlanacaqdır. Elə o zaman da avtomobilin qiyməti açıqlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt