Lincoln şirkəti, işinə bu gün başlamış Nyu-York avtosalonunda, Navigator Concept adlanan iri ölçülü yolsuzluq avtomobilinin prototipini nümayiş etdirmişdir. Bu konsept gələcək Lincioln Navigator modelinin seriya variantının carçısı ola bilər. Avtomobilin ən maraqlı dizayn elementlərindən biri «qağayı qanadları» üslubunda hazırlanmış qapılarıdır. Şirkət nümayədələrinin bildirdiyinə görə, konseptin yaradılması zamanı dizaynerlər dəbdəbəli yelkənli yaxtalardan ilham almışlar. Avtomobilin qeyri-adi qapıları, avtomatik açılan kandarlarla birlikdə sərnişinlərin salona daxil olmasını asanlaşdırmağa xidmət edir.

Konseptin salonunda Lincoln markasına xas olan və 30 istiqamətdə tənzimlənə bilən dəri oturacaqlar quraşdırılmışdır.  Bundan əlavə, Navigator Concept tamamilə rəqəmsal cihazlar paneli, multimedia kompleksinin iri sensorlu displeyi, avtomobilin arxa hissəsində quraşdırılmış xüsusi geyim dolabı və Revel səs sistemi ilə təchiz edilmişdir.

Lincoln Navigator Concept avtomobilinin təchizatına dairəvi videogörüntü sistemi, piyadaları aşkar edərək öndən toqquşmaların qarşısını alan və avtomobili zolaqda saxlayan sistemlər də daxildir.

Konsept 400 at qüvvəsi gücü olan 3,5-litrlik iki turboüfürməli altısilindirli EcoBoost mühərriki ilə hərəkətə gəlir. İlkin məlumatlara görə. bu mühərrik növbəti nəsil Lincoln Navigator avtomobilinin mühərriklər qammasına daxil ediləcəkdir. 

Tamamilə yeni platformada yığlacaq yolsuzluq avtomobilinin növbəti nəslinin 2017-ci ilin sonlarında təqdim ediləcəyi söylənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt