Avropada kartinqi çox sevirlər. Kartinq meydançası avtoidman aləminə ilk addımı atmaq üçün ideal bir məkandır. Bu gün avtoidmanın kraliçası sayılan Formula 1 çempionatında iştirak edən pilotların əksəriyyəti kartinq məktəbini keçib.

Bu yaxınlarda Norveçdə fəaliyyət göstərən Norwegian Cruise Line şirkəti yeni Encore səyahət laynerini suya endirib. Burada qeyri-adi bir şüy yoxdur, sadəcə laynerdə kartinq treki də mövcuddur. Yəni, səyahət edənlər sevimli məşğuliyyələri ilə burada da məşğul ola bilərlər.

Gəminin üst göyərtəsində açıq havada yerləşən və Encore Speedway adlandırılmış trekin uzunıuğu 350 metrdir. Bir dövrədə pilotlar 10 döngəni qət edə bilərlər. Qeyd etmək lazımdır ki, trekin müəyyən hissələri gəmini kənarlarına çıxır, onlardan biri isə suyun səthindən dprd metr hündürlükdə yerləşir.

Laynerdə istifadə edilən kartlar elektrik ötürməsi ilə hərəkətə gəlir və 48 km/saat maksimal sürətə malikdirlər. Trekin eni bir dəfəyə on nəfərə yarışmağa imkan verir. Bir yarış səkkiz dəqiqə çəkir və bir gediş 15 dollaradır. Bir yarışla kifayətlənməyənlər üçün şirkət limitsiz bilet təklif edir. Səyahətin davam etdiyi bir həftə ərzində qüvvədə olan abunənin qiyməti 200 dollardır.

Qeyd etmək lazımdır ki, bu layner şirkətin arsenalında olan bu syaq üçüncü gəmidir. Bu gəmilərdən birincisi olan Joy 2017-ci ildə, Bliss isə bir il sonra suya endirilib.

Avtoidmanı inkişaf etdirmək istəyiriksə, təkcə idman yarışları keçirməklə deyil, həmiçinin yerli pilotları hazırlamaqla da məşğul olmalıyıq. Bunun üçün isə, stasionar avtodroma ehtiyac var. Necə deyərlər, əsas istək olsun. Atalarımız deyib ki, “Çobanın könlü olsa, təkdən pendir tutar”.