20 iyun Kriştianu Ronaldunun cangüdənlərindən biri üçün heç də uğurlu başlamayıb. O, ulduz futbolçuya məxsus olan Bugatti Veyron Grand Sport Vitesse hiperkarında qəza törədib. Qəza, Ronaldunun ailəsi ilə birlikdə gəldiyi Mayorka adasında baş verib.

Yol-nəqliyyat hadisəsi səhər saat 11-də Sa Koma kurort şəhərciyində baş verib. Deyilənə görə, Ronaldu iki milyon dollar qiyməti olan hiperkarı can\güdəninə etibar edib, özü isə, onun ardınca başqa avtomobildə gedib.

Yol nəqliyyat hadisəsinin səbəbi açıqlanmır. The Daily Mail nəşrinin dərc etdiyi şəkilldərdən göründüyü kimi, hiperkar kərpicdən hasara dəyib və nəticədə avtomobilin ön hissəsi və sərnişin tərəfi zədə alıb. Ronaldunun cangüdəni xəsarət almayıb və müstəqil şəkildə avtomobili tərk edib.

O, Ronaldu ilə birlikdə digər avtomobilə əyləşrək hadisə yerini tərk edib, polis ilə araşdırma aparmaq isə, futbolçu tərəfindən işə götürülmüş personala həvalə edilib. Zədə almış hiperkar brezentlə örtülərək, evakuatorla hadisə yerindən aparılıb.

Nəşr Ronaldunun cangüdəninin hadisənin baş verməsində günahının olduğunu etiraf etdiyini bildirir. Çox güman ki, sürücü dönən zaman avtomobilin sürətini düzgün hesablamayıb və nəticədə səfərini hasarda başa vurub.

İndi hər kəsi bir sual maraqlandırır - Ronaldu nadir tapılan hiperkara yetirilmiş zədəyə görə cangüdənini bağışlayacaqmı?

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.