800 nüsxəlik tiraj ilə buraxılacaq Lamborghini Aventador SVJ Roadster modelinin Xago Edition adlandırılmış eksklüziv versiyası təqdim olunub. Cəmi 10 nüsxədə buraxılacaq superkarı, yalnız Ad Personam virtual fərdiləşdirmə studiyasının xidmətlərindən istifadə edərək, onlayn şəkildə sifariş vermək olar.

Lamborghini Aventador SVJ Xago Edition modelinin çöhəsindəki əsas mövzusu "heksaqonlardır" - yəni, Lamborghini dizayn üslubunda üstünlük təşkil edən altıbucaqlılar. İtalyan markasının stilistlərinin qeyd etdiyi kimi, əsas mövzu Saturnun şimal qütbündəki atmosfer fenomenlərindən və arı şanlarında ilham alınaraq yaradılmışdır. "Solma" effektini yaradan naxışlar ön qanadlar və qapılara vurulub, həmçnin arxa qanadlarda davam etdirilir.

Eyni mövzu, ziddiyyətli xarici elementlərin rənglərinə uyğun tərtibata malik olan salondakı oturacaqlarda təkrarlanır. Rənglər və materialları, Lamborghini dizayneri ilə məsləhətləşərək, Ad Personam virtual studiyasında seçmək olar. Artıq bu məqsədlər üçün, italyan markasının Sant'Aqata Bolonyezedəki mənzil-qərargahına baş çəkməyə ehtiyac qalmır.

Lamborghini Aventador SVJ modeli 770 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edən 6,5-litrlik V12 mühərriki ilə təchiz edilir. Mühərrik 7-pilləli "robot" və tam ötrümə sistemi ilə tandemdə çalışır. Superkar 100 km/saat həddini toplamağa 2.9 saniyə sərf edir. Avtomobilin maksimal sürəti 350 km/saata çatır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lamborghini Aventador SVJ Xago Edition modelinin qiyməti hələlik açıqlanmayıb. "Standart" Aventador SVJ superkarının qiyməti 521 min dollardan başlayır.