Şkoda şirkəti bir neçə gündən sonra işinə başlayacaq Şanxay avtosalonunda debüt edəcək Vision E konseptual avtomobilinin fotoşəkillərinii dərc etmişdir.Bir müddət bundan öncə çex istehsalçısı avtomobilinin yerində dönən kreslolarla təchiz edildiyini bildirmişdi.

Prototipin qabarit uzunluğu 4645 millimetr, eni - 1917 millimetr, hündürlüyü - 1550 millimetr, təkər bazasının ölçüsü isə 2850 millimetrdir. Avtomobilin dizaynerləri konseptin dizaynı üzərində çalışarkən çex büllurundan ilham aldıqlarını bildirmişdirlər. Konsept Volkswagen konserninə məxsus olan MEB modul platfırmasında hazırlanmışdır.

Bu patforma xüsusi olaraq elektomobillər üçün yaradılmışdır. Konsept sürücünün iştirakı olmandan avtomatik daynacaqda yerləşdirmə funksiyasına malik olan avtonom idarəetmə sistemi ilə təchiz edilmişdir.  Tam ötürməli konsept 306 at qüvvəli elektrik güc qurğusu ilə hərəkətə gəlir. Konseptin maksimal sürəti 180 km/saat, yürüş məsafəsi isə 500 kilometrdir.

Şkoda Vision E konseptinin oturacaqları qapılar açılan zaman 20 dərəcəlik dönmə qabiliyyətinə malikdirlər.

Bu avtomobilə daxil olmanı və ya enmə prosesini asanlaşdırmalıdır. Qapılar bağlanan zaman isə, oturacaqlar adi vəziyyəti alırlar. Bundan başqa,  konsept beş displeylə təchiz ediləcəkdir. Bunlar - rəqəmsal cihazlar paneli, ön sərnişinlər üçün simmetrik displey, mərkəzi konsoldakı ekran, həmçinin ön oturacaqların arxa hissəsində quraşdırılmış və arxa oturacaqların sərnişinlərinin istifadəsinə verilmiş displey cütlüyüdür.

Prototip, mobil qadjetlərin naqilsiz doldurulması üçün qapı ciblərindəki nöqtələrlə və salon işıqlandırılmasının rənginin dəyişdirilməsi sistemi ilə təchiz edilmişdir.

Image alt Image alt Image alt Image alt