Mercedes-AMG G63 modelini adi avtomobil adlandırmaq olmaz. Onun bazasında hazırlanmış Brabus 700 Widestar ofrouderi isə, hər kəsi heyrətləndirməyə qadirdir. Lakin, Fostla firmasından olan oğlanlar belə hesab etmirlər.

Brabus şirkətinin rəsmi nümayəndəsi olan firma, alman tünerdən sonra ofrouderə "əl gəzdirib". Qeyd etmək lazımdır ki, Hannoverdə yerləşən şirkətin mütəxəssisləri avtomobilin asqısı üzərində işləyərək, onun hündürlüyünü 30 millimetr aşağı salıblar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, ofrouderin qara rəngli materiallarla tərtib edilmiş salonunda Rolls-Royce modellərində olduğu kimi, "ulduzlu səmanı" təqlid edən tavan quraşdırılıb. Nəhayət, Darius Vallatın rəhbərlik etdiyi komanda avtomobili ağ-mirvari rənginə boyayaraq, "qaşqabaqlı" interyer ilə kontrast yaratmaq istəyiblər.