Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Silverstoune hərrac evi tərəfindən keçiriləcək hərracda Zagato atelyesi tərəfindən hazırlanmış unikal Ferrari 599 GTZ Nibbio modeli satılacaqdır. Cəmi doqquz belə avtomobil inşa olunubdur ki, onlardan ikisi rodster kuzovuna malikdir. Nibbio modeli önmühərrikili Ferrari 599 GTB superkarının əsasında hazırlanıb.

Ferrari 599 GTZ Nibbio (italyancadan Nibbio “çalağan” deməkdir) modelini Ferrari 599 GTB modelinin debütündən bir il sonra təqdim ediblər. Atelyenin müştərisi avtomobilinin Zagato üslubunda dizayna malik olmasını arzu edib. Beləliklə, kupe çıxıntlı buruna, geniş radiator barmaqlığına və Dubble Bubble damına sahib olub. Əgər Nibbio modelinin ön hissəsi 1950-ci illərin yarış avtomobillərini xatırladırdısa, onun arxa hissəsi xüsusi dizayna malik olub. Müştərilərin sifarişi ilə Zagato yeddi kupe və iki rodster buraxıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hərraca çıxarılmış Ferrari 599 GTZ Nibbio Spyder modelini 2010-cu ildə inşa ediblər. O zaman, donor rolunda çıxış edən 599 GTB modelinin yürüyüşü 10477 km təşkil edib. Konversiyadan sonra avtomobildən istifadə edilməyib və onu xüsusi kolleksiyada saxlayıblar. Orijinal avtomobil kimi, Nibbio modelinin kapotunun altında 620 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 atmosfer mühərriki yerləşir. Güc aqreqatı yarımavtomatik F1 SuperFast transmissiyası ilə tandemdə çalışır. Ferrari 599 GTZ Nibbio Spyder modeli 100 km/saat həddini 3,6 saniyəyə toplayır və 330 km/saat maksimal sürət həddinə malikdir.

Avtomobilin başlanğıc qiyməti hələlik açıqlanmayıb.