Volkswagen şirkəti yeni nəsil Polo hetçbekinin görüntüləri olan videoçarxı yaymışdır. Doğrudur, avtomobil bu çarxda kamuflyaja bürünmüşdürsə, bir müddət bundan öncə onun kamuflyajsız şəkili də internetdə peyda olmuşdur.

Böyük ehtimalla, alman istehsalçısı Polo modelinin yeni nəslinin kütləvi təqdimat mərasimini payızda işinə başlayacaq Frankfurt avtosalonunda keçirəcəkdir.  Yeni Volkswagen Polo MQB modul platformasının A0  variantında yığılacaqdır ki, bu platformadan yeni Seat İbiza modelinin istehsalında istifadə edilir. Yeni hetçbek 90 millimetr genişlənmiş təkər bazası sayəsində daha geniş və sələfindən 70 kiloqram daha yüngül olacaqdır.

Yeni nəsil Polo modeli 1,0 – 2,0 litr arasında olan üç və dörd silindrli mühərriklərlə təchiz ediləcəkdir. Ən güclü 2,0-litrlik mühərrik hetçbekin “qaynar” GTİ modifikasiyasında quraşdırılacaqdır. Güc aqreqatları mexaniki və ya robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar. Alman şirkətinin Polo modelinin üçqapılı variantından imtina edəcəyi və onun əvəzinə hetçbekin “yolsuzluq” üçün nəzərdə tutulmuş modifikasiyasını buraxacağı söylənilir.

Cənubi Afrika Respublikasında cəsusların obyektivlərinə tuş gəlmiş Polo