Volvo şirkəti son zamanlar premium seqmentdə iddialı olmaq niyyətindədir. Artıq isveçli istehsalçı S90, XC90 və XC60 modelləri ilə bu seqmentdəki rəqiblərinə meydan oxumağa başlayıb.

Buna baxmayaraq, Volvo  markasının layiqincə təmsil olunmadığı bir seqmentdə mövcuddur – isveçlilər hələ də Audi Q3, BMW X1 və Mercedes-Benz GLA modellərinə rəqib olacaq avtomobili bazara çıxarmayıblar. Artıq məlumdur ki, istehsalçı gələn il belə avtomobilin təqdim etməyə hazırlaşır. Bu səbəbdən də Carscoops saytının dizaynerləri gələcək krossoverin renderini hazırlayıblar. Əslində avtomobilin eksteryeri  keçən il təqdim edilən 40.1 və 40.2 konseptləri vasitəsi ilə nümayiş etdirilmişdir.

Volvo XC40 modelinin seriya variantını da  Volvo şirkətinin Geely şirkəti ilə birgə hazırladıqları CMA (Compact Modular Architecture) adlı modul platformasında yığılacağı da məlumdur.

Bir müddət bundan öncə, Volvo XC40 modelinin tam elektrik mühərriki ilə də təchiz ediləcəyini bildirmişdir.

Tam dolu batareyalarla aelektromobilin 400 kilometrdən çox  məsafə qət etmək iqtidarında olduğu da bəyan edilib. Lakin, ilkin olaraq yeni krossoverin tərkibinə 1,5-litrlik üç silindirli turbomühərrik və iki elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz ediləcəyi də ehtimal olunur. Güc qurğusu yeddi pilləli «robotla» birgə çalışacaqdır. Hibrid aqreqatın ümumi gücü 300 at qüvvəsi təşkil edir.

Əvvəllər Volvo XC40 krossoverinin 2017-ci ildə işıq üzü görəcəyi ehtimal olunurdu. Bu yaxınlarda istehsalçı avtomobili buraxılışının 2018-ci ilə keçirildiyini bildirib.