Yeni Hyundai Accent modelinin kamuflyajsız ilk şəkili peyda olub. Modelin debütünə bir aydan az vaxt qalır. Artıq bildirdiyimiz kimi, yeni Accent modelinin təqdimatı 21 mart 2023-cü il tarixinə planlaşdırılır. Verna və Solaris kimi də tanınan Accent modelinin dizaynı artıq Hyundai tərəfindən nümayiş etdirilib: keçən həftə şirkət avtomobilin ön tərəfinin dizaynını göstərən renderi dərc edib. İndi isə, Cənubi Koreyada reklam çarxının çəkilişləri zamanı çəkilmiş şəkildə yeni modelin arxa tərəfi nümayiş olunur.

Yeni Accent modeli Elantra və Tucson modellərinin üslubunda arxa işıq texnikasına sahib olub. Xatırladaq ki, “büllur” naxışı olan fənərlər artıq Hyundai tərəfindən əvvəl dərc edilmiş tizerdə nümayiş etdirilib. Arxa hissənin dizaynı da Elantra modelindəkinə bənəzyir. Bamperin aşağı hissəsində üçüncü stop-siqnal var. “Autocar India” nəşri belə həllin yalnız Koreya bazarında satılan modeldə tətbiq ediləcəyini də bildirib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.