Nissan şirkəti Italdesign atelyesi ilə birlikdə hazırladığı GT-R50 superkarının istehsalına başladığını bildirb. İlk seriya superkarı İtaliyanın Tazio Nuvolari trekində nümayiş etdirilib. Cəmi 50 nüsxədə buraxılacaq superkarın qiyməti 990 min avro təşkil edir. Nissan şirkəti superkarların əksər hissəsinin satıldığını bildirib. İlk avtomobillər müştərilərə cari ilin sonunda və ya 2021-ci ilin əvvəlində çatdırılmalıdırlar.

Nissan GT-R50 konsept avtomobili ilk dəfə keçən ilin yayında nümayiş etdirilib. Superkar GT-R modelinin və Italdesign atelyesinin 50 illik yubileyinə həsr edilib. Kütlənin avtomobilə olan reaksiyası istehsalçını kupeni kiçik seriya ilə buraxmağa vadar edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xüsusi seriyadan olan kupe adi GT-R modelindən tamamilə yeni kuzovu, işıq texnikası və kuzovun unikal rəng sxemi ilə fərqlənir. Avtomobilin salonu dizayn cəhətdən seriya modelindən fərqlənməsə də, interyerin tərtibatında karbon, alkantara və dəridən geniş istifadə edilir.

Superkar Nissan GT-R Nismo modelinin təkmilləşdirilmiş 3,8-litrlik V6 mühərriki ilə təchiz edilir. Yeni turbokompressorlara, təkmilləşdirilmiş yanacaq sisteminə, buraxılış və giriş sistemlərinə sahib olmuş mühərrik 720 at qüvvəsi və 780 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, Nismo modifikasiyasının mühərriki 600 at qüvvəsinə və 637 Nm fırlanma anı təklif edir. GT-R50 modelinin dinamik xarakteristikaları açıqlanmayıb.