İnternet şəbəkəsində yeni nəsil Kia cee’d modelinin cəsus fotoşəkilləri yayılıb. Kamuflyajsız avtomobilin şəkilləri Cənubi Koreyadan olan "Motorgraph" saytı dərc edib.

Təsvirlərdə tamamilə işıqdiodlarından fənərlər malik olan beşqapılı hetçbek görüntülənib. Xatırladaq ki, yeni nəsil Kia cee’d modelinin carçısı olan Proceed konsepti bu ilin sentyabrında keçirilmiş Frankfurt avtosalonunda nümayiş etdirilmişdi. Nümayiş etdirilən konsept “şutinq breyk” kuzovlu Kia cee’d barədə təsəvvür yaratmalıdır.  Bu kuzovla yanaşı “Sid” modelinin yolsuzluq üçün nəzərdə tutulan variant da olacaqdır. 

Bu janrın ənənələrinə uyğun olaraq kuzovun müdafiə qurşağına və hündür klirensə malik olan beşqapılı universal olacaqdır.

Yeni nəsil Kia cee’d modelinin standart olaraq 120 at qüvvəli 1,0-litrlik üç silindrli mühərriklə təchiz ediləcəyi ehtimal olunur. Modelin mühərrik çeşidinə 140 at qüvvəli 1,4-litrlik benzin mühərrikinin və 1,6-litrlik dörd silindrli dizelin daxil ediləcəyi də məlumdur. 

Image alt Image alt Image alt