BMW şirkəti 3-Series sedanının ardınca universal kuzovlu 3-Series Touring modelini təqdim etməyə hazırlaşır. Artıq yeni universalın görkəmi də bizə məlumdur: bir müddət bundan öncə 3-Series Touring universalının patent təsvirlərini də dərc etmişdik. Yeni BMW 3-Series Touring modelinin gələn il keçiriləcək Cenevrə avtosalonunda debüt edəcəyi gözlənilir.

Bu günlərdə "Autocar" dərgisi növbəti "bərkgedən" M3 modelinin universal kuzovuna malik olacağını müəyyənləşdirib. Yeni BMW M3 sedanı artıq Nürburqrinqdə sınaqlardan keçir. Növbəti nəsil BMW M3 də sələfi kimi 3,0-litrlik altı silindrli turbomühərrik ilə təchiz ediləcəkdir. Mühərrikin gücünün 431 at qüvvəsindən 450 - 500 at qüvvəsinə qədər artırılacağı da gözlənilir. G80 indeksli "bərkgedən" sedanın gələn ilin yayında debüt edəcəyi gözlənilir.

Universal kuzovlu M3 Touring isə sedandan bir necə ay sonra təqdim ediləcəkdir. Yeni "bərkgedən" universal 450 at qüvvəli Audi RS4 və 476 at qüvvəli Mercedes-AMG C63 Estate modellərinə rəqib olmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt