Artıq hər kəsə Volkswagen şirkətinin mart ayının əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda yeni nəsil Touareg modelini nümayiş etdirəcəyi məlumdur. Yeganə çatmayan şəkillər avtomobilin interyerinin təsvirləri idi. Bu gün bu problemi də qismən həll etdik.

Beləliklə, yeni Touareg 12-düymlük virtual cihazlar panelinə və mərkəzi konsoldakı 15-düymlük displeyə sahib olacaqdır. Sonuncu displeyin köməkliyi ilə sürücü və sərnişin multimedia kompleksini və digər sistemləri idarə edə biləcəkdirlər. Buna baxmayaraq, bir sıra fiziki düymələr saxlanılacaqdır. Məsələn, audiosistemin səsini tənzimləyən düymə. Alman markasının avtomobillərinin interyer tərtibatı Innovoson Cockpit adlanacaqdır.

Yeni krossoverin əsasını MLB Evo modul platforması təşkil edir. Bu platformadan Audi Q7, Bentley Bentayga, Lamborghini Urus və Porsche Cayenne modellərinin istehsalında istifadə edilir. Nəticədə yeni «Tuareqin» çəkisi hiss olunacaq dərəcədə azaldılacaq, yeni benzin, dizel və hibrid güc aqreqatlarının quraşdırılması mümkün olacaqdır.  Həmçinin, yeni krossover səs və əl hərəkətləri ilə idarə edilən multimedia sisteminə də yiyələnəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt