Novitec Torado tüninq atelyesi Lamborghini Aventador superkarının ən güclü modifikasiyası olan LP750-4 SV modeli üçün hazırladığı təkmilləşdirmələr proqramını açıqlamışdır. Superkar Camouflage Bull (“Öküz kamuflyajı”) adlı xüsusi boyama üsulu ilə rənglənmişdir.

Özündə qara, boz və yaşıl rəngləri cəmləşdirmiş boya amerikan Prestige İmports şirkəti tərəfindən yaradılmışdır.  Bundan başqa, superkar üçün karbondan hazırlanmış xüsusi aerodinamik kuzov parçaları dəsti də təklif edilir. Bu dəstin tərkibinə yeni ön splitter, yan kandarlar və iri ölçülü arxa antiqanad daxildir. Bundan başqa Aventador Vossen firmasının məhsulu olan qara rəngli yüngül lehimli təkər disklərini əldə etmişdir.

Alman atelyesinin mütəxəssislri italyan “öküzünün” mühərrikin gücü 750 at qüvvəsindən 786 at qüvvəsinə, fırlanma anını isə 690 Nm-dən 737 Nm-ə qədər artırmışdırlar. Bununla belə, onlar superkarın yeni dinamik imkanları barədə məlumat verməmişdirlər. Lamborghini Aventador LP750-4 Superveloce modeli 100 km/saat sürətini 2,8 saniyəyə toplayır və 350 km/saat maksimal sürətə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt