Novitec atelyesi Lamborghini Aventador LP 750-4 Superveloce superkarı üçün nəzərdə tutduğu təkmilləşdirmə proqramını təqdim etmişdir. Novitec Torando adını almış superkar karbondan hazırlanmış və avtomobilə daha aqressiv görkəm bəxş edən aerodinamik kuzov parçaları ilə təchiz edilmişdir ki, bu dəstin də tərkibinə yeni formalı ön spoyler, qapı kandarları və nəzərə çarpan iri arxa antiqanaq daxildir. Bundan əlavə, superkar havalandırma girişləri olan kapot, karbondan hazırlanmış güzgü korpusları və forması yenilənmiş yan hava girişləri ilə təchiz edilmişdir.

Aqressiv kuzov dəstinin effektini gücləndirmək məqsədi ilə, superkar klirensi 35 millimetr aşağı salan yeni yaylarla təchiz edilmişdir. Standart olaraq Lamborghini Aventador LP 750-4 Superveloce yeganə mərkəzi bağlantısı olan təkər diskləri ilə təchiz edildiyindən, Novitec şirkəti Vossen firması ilə birlikdə avtomobil üçün 20 və 21-düymlük unikal təkər disklər hazılamışdırlar. Novitec Torado modelinin Pirelli P Zero təkərləri ilə təchiz etdilmiş diskləri 72 müxtəlif rəngə boyana bilər.  

Novitec mütəxəssisləri superkarın 6,5-litrlik V12 mühərrikinin proqram təminatını dəyişərək, mühərrikin gücünün 786 at qüvvəsinə, fırlanma anının isə 740 Nm-ə qədər artırımasına müvəffəq olmuşdurlar. Bununla belə, atelye nümayəndələri təkmilləşdirilmiş avtomobilin dinamik xüsusiyyətləri barədə məlumat verməmişdirlər.  Xatırladırıq ki, Lamborghini Aventador LP 750-4 Superveloce modeli 100 km/saat həddini 2,8 saniyəyə toplayır və 350 km/saat maksimal sürətə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt