Novitec Torado atelyesi Lamborghini Huracan superkarının açıq modifikasiyası olan Spyder modeli üçün hazırladığı tüninq proqramını nümayiş etdirmişdir. Təkmilləşdirmələr nəticəsində superkarın mühərrikinin gücü 860 at qüvvəsinə qədər yüksəldilmişdir.

Superkar tərkibinə ön spoyler, arxa diffuzor,əlavə hava girişlərini və yeni yan kandarları daxil olan karbondan hazırlanmış geniş kuzov dəstini əldə etmişdir. Bütün elementlər öncədən aerodinamik boruda sınaqdan keçirilmişdirlər. Rodster, iki mexaniki kompressorla, paslanmayan poladdan və inkoneldən olan yeni buraxılış sistemi ilə təchiz edilmiş 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gəlir. Bu dəyişikliklər nəticəsində mühərrikin gücü 610 at qüvvəsindən 860 at qüvvəsinə, fırlanma anı isə, 560 Nm-dən 960 Nm yüksəldilmişdir. Tüninq keçmiş superkarın dinamik xarakteristikaları açıqlanmamışdır. Adi Lamborghini Huracan Spyder modeli 100 km/saat sürətini 3,4 saniyəyə toplayır və 324 km/saat maksimal sürətə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt