Toyota şirkəti bu gün qapılarını media nümayəndələrinin üzünə açmış Nyu-York avtosalonunda RAV4 krossoverinin beşinci nəslini təqdim edib. Keçən il nümayiş etdirilmiş FT-AC konseptinin üslubunda yaradılan krossover yeni eksteryerə və interyerə, səkkiz pilləli “avtomata” və yeni platformaya sahib olub.

Yeni Toyota RAV4 modelinin əsasını TNGA modul platforması təşkil edir. Məsələn, bu platformada yeni Camry sedanı inşa edilmişdir. Şirkətdən yeni krossoverin konstruksiyasının əvvəlki modelə nisbətən 57% daha sərt olduğu bildirilib. Bundan əlavə, RAV4 Toyota şirkətinin TNGA platformasında inşa edilən ilk tam çəkişli modeli olub. Toyota RAV4, həmçinin yapon istehsalçısının “fırlanma anını dinamik şəkildə bölüşdürülməsi” sisteminə malik olan ilk avtomobilidir. Sistem, nəinki fırlanma anının 50 faizini arxa oxa ötürə bilir, o həmçinin onu sağ və sol təkərlər arasında da bölüşdürü ki, bu da idarəetmənin yaxşılaşdırılmasına xidmət edir.

Yeni Toyota RAV4 modelinin qabarit uzunluğu 4595 millimetr, eni – 1855 millimetr, hündürlüyü isə 1699 millimetr təşkil edir. Modelin təkər bazasının uzunluğu 2689 millimetrdir. Beləliklə, yeni model sələfindən 10 millimetr qısa, o qədər də enli olub. Beşinci nəslin təkər bazası isə 29 millimetr genişlənib.  

Tam çəkişə ehtiyac olmadıqda, ön və arxa oxda olan xüsusi dişli muftalar kardanın fırlanmasını və fırlanma anının arxa oxa ötürülməsini dayandırır.

Krossoverin baza variantlarında bu sistem quraşdırılmayacaqdır. Toyota RAV4 modelinin hibrid modifikasiyası isə xüsusi transmissiyaya təchiz ediləcəkdir ki, burada arxa oxun fırlanmasına elektrik mühərriki cavabdeh olacaqdır. Yeni krossover ABŞ bazarında gücü açıqlanmayan 2,5-litlik benzin mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təklif ediləcəkdir. RAV4 modelinin hybrid modifikasiyası isə tərkibinə 2,5-litrlik mühərrik, electromotor və variator daxil olan hibrid güc qurğusu ilə təklif olunacaqdır.

Krossover üç modifikasiyada XSE Hybrid, Limited və Adventure variantlarında satılacaqdır. Bunlardan birincisi daha çox idman xarakterin malikdir. İkinci variant  daha dəbdəbəlidir. Üçüncü variant isə sərgüzəşt sevənlərə ünvanlanıb.

Beşinci nəsil Toyota RAV4 krossoverinin təchizatına işıqdiodlarından fənərlər, adaptive kruiz-kontrol, öndən qəzaları xəbərdar edən sistem, yol nişanlarının oxunması sistemi, avtomatik uzaq işıqlar, 7- və 8-düymlük sensorlu ekranı, həmçinin Amazon Alexa, Apple CarPlay və Android Auto əlavələrinin dəstəklənməsi olan multimedia sistemi JBL səs sistemi daxildir.

Yeni krossoverin ABŞ-dakı satışlarına bu ilin sonunda başlanmalıdır.

Hibrid variant isə 2019-cu ildə satışa çıxarılmalıdır. Çox güman ki, yeni krossoverin Azərbaycan bazarındakı satışlarına gələn il start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt
Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt