Opel şirkəti Roma papası Fransiskə Ampera-e elektrokarını hədiyyə etmişdir. Pontifikə avtomobili şəxsən alman istehsalçısının rəhbəri Karl-Tomas Noyman təqdim etmişdir.

Opel Ampera-e Chevrolet Bolt modelinin Avropa bazarı üçün nəzərdə tutulmuş variantıdır. Elektromobil 204 at qüvvəsi təklif edən elektrik mühərriki və 60 kilovat-saatlıq tutumu olan litium-ion akkumulyatorlar dəsti ilə hərəkətə gəlir. Yerindən 100 km/saat həddinə hetçbek 7.2 saniyəyə sürətlənir.

Ampera-e modelinin maksimal sürəti 150 km/saat, maksimal yürüş məsafəsi isə 520 kilometrdir. Papanın son rəsmi avtomobili kabriolet şəklinə salınmış Hyundai Santa Fe krossoveri olmuşdu. Buna qədər pontifik arxa hissəsində zirehli şüşə kapsulası olan Mercedes-Benz ML-Class ofroderindən istifadə edirdi.