Pagani Huayra hiperkarının debütündən səkkiz il keçib və bu müddət ərzində italyan şirkəti modelin çoxsaylı xüsusi versiyalarını buraxıb. Dünən təqdimatı baş tutan yeni Huayra Tricolore rodsteri isə, İtalyan Hava Qüvvələrinin Frecce Tricolori ("Üçrəngli Oxlar") aerobatika qrupunun 60 illiyinə həsr edilib.

Pagani şirkəti bu eskadrilya ilə uzunmüddətli dostluq münasibətlərinə malikdir: on il əvvəl Frecce Tricolori qrupunun 50 illik yubileyi münasibətilə Zonda Tricolore hiperkarı buraxılmışdı. Bu hiperkarların tirajı cəmi üç nüsxədən ibarət idi.

Yeni Pagani Huayra Tricolore rodsteri sələfinin dizayn üslubunda tərtib edilib. Kuzov parlaq mavi rəngə boyanmış və yan tərəf boyu uzanan italyan trikoloru ilə bəzədilmişdir (Zonda modelində onlar ön tərəfə vurulmuşdular). Sayılanlara əlavə olaraq, Tricolore rodsterini təkmilləşdirilmiş splitter və böyüdülmüş diffuzoru olan kuzov dəsti, inteqrasiya edilmiş geniş antiqanadı olan yeni karbon kapotu, həmçinin sürücü və sərnişin oturacaqlarının baş dayaqlarının üzərində yerləşən hava girişi sayəsində tanımaq olar.

Aviasiya aləminə işarə edən ən maraqlı eksteryer elementi isə, ön hava yönləndiricisinin tam mərkəzində yerləşən Pito borusudur (belə cihazlardan təyyarələrdə yaxınlaşan hava axınının sürətini ölçmək üçün istifadə olunur).

Roadsterin interyeri ağ və mavi çalarlarda (Zonda Tricolore modelinin interyeri kimi) tərtib edilib və italiyan bayrağının rənglərində zolaqla bəzədilib. Bununla birlikdə, burada bəzi maraqlı elementlər də mövcuddur: bir çox elementlər aerokosmik sənayedə istifadə olunan alüminium ərintilərindən, transmissiyanın dəstəyi isə bütöv bir alüminium parçasından hazırlanır. Lakin, interyerin əsas xüsusiyyəti, ön paneldə quraşdırılan və Pito borusunun göstəricilərini əks etdirən anemometrdir.

AMG istehsalı olan 6,0-litrlik V12 biturbo mühərrikinin hasilatının artırılması kuzovun aerodinamik cəhətdən təkmilləşdirilməsini tələb edib: indi mühərrik 840 at qüvvəsi və 1100 Nm fırlanma anı təklif edir. Bu isə, Huayra Tricolore rodsterinin Pagani Huayra Imola superkarından (827 at qüvvəsi və 1100 Nm) daha güclü olduğu göstərir. Xatırladaq ki, orijinal Huayra Roadster modelində bu mühərrik 764 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Güc aqreqatı bir muftalı yeddi pilləli Xtrac robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Ötürmə - arxa oxadır. Yeni roadsterin quru çəkisi cəmi 1270 kiloqramdır. Bununla belə, italyan istehsalçısı rodsterin dinamik xüsusiyyətlərini açıqlamayıb.

Pagani Huayra Tricolore rodsterinin tirajı da üç nüsxə ilə məhdudlaşdırlacaqdır. İtalyanlar hər bir rodster üçün 5.5 milyon avro tələb edirlər. Bu qiymətə vergilər və mümkün olan opsiyaların qiyməti daxil edilməyib.