Paris avtosalonunda müasir Renault 4 elektromobilinin buraxılacağını müjdələyən Renault 4Ever Trophy konsepti debüt edib. Yenilik 4L Trophy rallisinin 25-illik yubileyinə həsr edilmiş retro üslubda dizayna malik olan krossoverdir. 4Ever Trophy konseptinin yaxın gələcəkdə Avropa bazarıda Captur modelinin elektrik ekvivalentinə çevriləcəyi gözlənilir.

4Ever Trophy konsepti ölçülərinə görə yuxarıda qeyd olunan Renault Captur krossoveri ilə müqayisə edilə bilər və konsept B-SUV sinfinə aiddir. Krossoverin texniki xarakteristikaları açıqlanmayıb, lakin onun seriya versiyasının Renault 5, Alpine A5 və Nissan Micra elektrokarları ilə eyni CMF-BEV platformasında inşa ediləcəyi məlumdur.

Bu arada fransız istehsalçısı 4Ever Trophy konseptinin xarici görünüşünü qiymətləndirməyi təklif edir. Şou avtomobili radiator barmaqlığının əvəzinə düzbucaqlı qapağı və əfsanəvi Quatrelle modelinə istinad olan yuvarlaq fənərləri alıb. Krossoverin yolsuzluq xarakterinə plastikdən qoruyucu örtmələri olan kvadrat formalı təkər tağları və 200 millimetrlik klirens işarə edir.

Keçən əsrin modelinə edilən açıq-aşkar istinadlar müasir texnologiyalar işə harmoniya təşkil edirlər. Bu texnologiyalara yan güzgüləri əvəzləyən kameralar, üçölçülü loqo və piksel optikası aiddir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eksteryer tərtibatının xüsusiyyətlərinə tutqun boz Gun Metal Silver kuzov rəngi və parlaq qara dam ilə uyğunlaşdırılmış parlaq bənövşəyi vurğular daxildir. Görünüşü, vəziyyətdən asılı olaraq təkərlərdəki hava təzyiqini dəyişən daxili kompressoru olan futuristik dizaynlı 19-düymlük təkər diskləri tamamlayır.

Fransız istehsalçısı yeniliyin orijinal Renault 4 hetçbekinin və yaxud Fransada deyildiyi kimi Quatrelle modelinin kommersiya uğurunu təkrarlayacağını ümid edir. Orijinal model 30 il ərzində (1961-ci ildən 1992-ci ilə qədər) 100 ölkədə səkkiz milyondan çox nüsxədə satılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.