Yeni mövsümün astanasında, cari il martın 5-dən akademik məzuniyyətdə olan Williams F1 komandasının texniki direktoru Pəddi Lou, bu dəfə yekün qərarı hər kəsi təəccübləndirib.

O, artıq komanda ilə yollarını həmişəlik ayırdığını bildirib: "Çox düşündüm, qərarımda qətiyyəm, daha Williams komandasında çalışmaq fikrim yoxdu. Oradaki, bütün dostlarıma bundan sonra uğurlar arzu edirəm, hər birini tanıdığım üçün çox şadam, bilirəm ki, mənsizdə alınacaq. Komanda yetərincə güclüdür və əminəm ki, öz ayaqları üzərində durmağı bacaracaq. Eyni zamanda, Williams komandasını sevənlərə və dəstək olan hər kəsə təşəkkür etmək istərdim. Onlar olmasa heç nə alınmazdı, hər şey üçün çox sağ olun".

Bu qərarla bağlı öz növbəsində, komanda rəhbərinin müavini Kler Uilyams da bütün komandanın Pəddi Lounun seçiminə hörmətlə yanaşdığını və ona gələcək işlərində uğurlar arzuladığını vurğulayıb.