Peugeot şirkəti yeni 408 modelinin tizerlərini dərc edib. İndi bu indeks altında kross-liftbək buraxılacaq və Çində Peugeot 408X adı ilə satılacaqdır. Avtomobil EMP2 platformasında inşa olunacaq və Peugeot 308 ilə unifikasiya ediləcəkdir. Mühərrik çeşidinə benzin və dizel mühərriklərinin, həmçinin hibrid güc qurğularının daxil olacağı gözlənilir.

Peugeot 408 modelinin mövcud nəsillərini nəzərdə keçirərkən çaşqınlıq yaşamaq olar. Belə ki, Rusiya bazarında 2010-cu ildə debüt etmiş birinci nəsildən olan sedan hələ də satışdadır. Modelin ikinci nəsli isə, Çin və Malayziyada istehsal edilib (2018-ci ilə qədər), özü də Çində satılan versiya bu yaxınlarda ciddi şəkildə yenilənib. Hazırda 408 modelinin üçüncü nəsli yoldadır və o, Avropa və Çində fərqli adlara sahib olacaqdır. Köhnə Dünyada kross-liftbək tanış indeksi qoruyub saxlayacaq, Səma İmperatorluğunda isə 408X adlanacaqdır.

Yeni qlobal Peugeot 408 modelinin təqdimatı iyunun 22-də baş tutmalıdır. Üçüncü nəsil 408 modeli bu ilin payızında satışa çıxarılmalıdır. Onun EMP2 platformasına əsaslanacağı və geniş şəkildə Peugeot 308 modeli ilə unifikasiya ediləcəyi gözlənilir. Buradan belə nəticəyə gəlmək olar ki, modelin mühərrik çeşidinə müxtəlif güc variantlarında təklif edilən 1,2-litrlik PureTech benzinli “turbomühərriki”, 1,6-litrlik PureTech benzin və 1,5-litrlik BlueHdi 1.5 dizel mühərriklərinin əsasında yaradılmış hibrid qurğuları daxil olacaqdır.

Peugeot 408 kross-liftbəki üçün intensiv sınaq proqramı hazırlanıb. Buraya virtual simulyasiyalar, sahə və stend testləri, həmçinin qurğu və komponentlərin ayrıca yoxlanılması daxildir. 408 liftbəkinin prototipləri artıq müxtəlif yollarda və müxtəlif iqlim şəraitində 1.100.000 kilometrdən çox məsafə qət ediblər. Onları hətta güc strukturuna düşən ekstremal yüklənmələri imitasiya etmək üçün dördnöqtəli stendə də çıxarıblar. Burada avtomobil çox ağır sınaqlardan keçir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.