Piloti şirkəti yeni sürücü ayaqqabısını - Icona modelini təqdim edib. Bu ayaqqabı yeni Ferrari, Lamborghini və ya Maserati avtomobillərinin təqdimatı zamanı yaranan emosiyalara tam layiqdir. Yeni Icona şirkətin bütün qabaqcıl texnologiyalarını bir ayaqqabıda birləşdirir və bəzi yeni, indiyə qədər görülməmiş yenilikləri təqdim edir.

Birincisi, Icona modelinin idman ayaqqabısı deyil, sürücü ayaqqabısı olduğunu qeyd etmək vacibdir. Bu isə, o deməkdir ki, onun əsl fəaliyyət məkanı basketbol meydançası deyil, avtomobilin pedallarıdır. Bütün Piloti ayaqqabıları kimi, Icona da gündəlik rahat istifadə üçün nəzərdə tutulub, ona görə də onlardan həzz almaq üçün mütləq avtomobil sürmək lazım deyil. Əsl sürücü ayaqqabısı kimi, avtomobili idarə edərkən bəzi dəqiq ayaq hərəkətlərinə ehtiyacınız olduqda, Icona ayaqqabılarının “canlandığını” görəcəksiniz.

✽ Bu məqalə maraqlı ola bilər – Hansı ayaqqabı sürücü üçün daha uyğundur ➤

Portuqaliyada italyan zamşası və nubukdan istifadə edilməklə əl ilə tikilən Icona çox istiqamətli ikirəngli altlığı sayəsində zamanla məhdudlaşmayan bir görünüşə malikdir. Yanlartərəflərdəki lazerlə perforasiya edilmiş "P" hərfi və dabandakı qırmızı tikiş (arxa işıqları təmsil edir), antimikrob içlik və nəmi ötürən astar da daxil olmaqla, bütün bunlar Piloti ştrixləridir.

Icona daha yaxşı idarəetməni təmin etmək üçün ən yaxşı texnologiyalara malikdir. Buraya şirkətin patentləşdirilmiş Roll Control 2.0™ texnologiyası daxildir ki, o da dabanın alt hissəsindən arxa hissəsinə qədər və 180 dərəcə ətrafında bərabər əyriliyi təmin edir. Beləliklə, qüvvələr daban boyunca bərabər paylanır ki, bu da trekdəki məşqlər və ya uzaq məsafəyə səfərlər zamanı yorğunluğu azaldır, həmçinin ayaqlara pedallara daha yaxşı nəzarət etməyə imkan verir. Bunun təsdiqi daha da aktiv idarəetməni təmin edən artırılmış radiusu olan uzadılmış yeni dabandır.

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını göstər deyim kimsən ➤

Digər bir Icona yeniliyi ayaqqabının yan tərəfindəki unikal bamperdir - o, aşağı pilləyə keçərkən ayaqqabının burnu və dabanı ilə əyləc və qaz pedallarını eyni zamanda idarə etmək üçün nəzərdə tutulub. Bu xüsusiyyət sayəsində, aşağı pilləyə keçərkən, ayağınızın altındakı qaz pedalının hərəkət etdiyi hissiyatı yaranacaq. Belə ayaqqabı daha çox ötürmələrin tələb olunduğu avtokross və texniki treklərdə idarəetmə üçün mükəmməldir.

Nəhayət, Icona ayaqqabının ön tərəfindəki unikal nazik pəncə hissəsinə malikdir. Bu, ayaq barmaqlarına pedalları daha yaxşı hiss etməyə imkan verir - onların ayağınıza münasibətdə harada olduğunu və  istiqamət baxımından necə hərəkət etdikləri daha yaxşı hiss olunur.

Piloti həvəskarları “Le Manın 24 Saatı”  marafonunun iştirakçıları ilə əməkdaşlıqda yaradılmış Endurance sürücü ayaqqabısını yaxşı xatırlamalıdırlar. İkona modelini Drift, Shift və Avenue məşhur cütlükləri kimi, Piloti markasının ayaqqabı çeşidinə daxil olan Endurance modelinin davamçısı saymaq olar.

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

Bütün günü rahatlıqla geyinə biləcəyiniz, eyni zamanda, avtomobili idarə edərkən dəqiqliyi təmin edəcək ayaqqabı axtarırsınızsa, Icona sizin üçün ən yaxşı seçimdir. İcona modelini Piloti.com saytından əldə etmək olar və bir cütün qiyməti 175.00 dollara təşkil edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.