Kanadalı dizayner Eduardo Arndt Weird nəşrinin sifarişi ilə pilotsuz motosiklin konseptini çəkmişdir. Brigade adlanan motosikl polisdə xidmət edərək yollarda olan qayda pozuntularını qeydə almalıdır.

Weird nəşrinin qeyd etdiyimi kimi, gələcəkdə pilotsuz avtomobillərin kütləvi istehsalı yol hərəkəti qaydalarının demək olar ki, pozulmasının qarşısını almalıdır. Bununla belə, avtonom idarəetmə texnologiyalarından artıq bu gün istifadə edilir. Lakin, dünya miqyasında pilotsuz avtomobillərin tətbiq edilməsinə o qədər də tez başlanmayacaqdır. Ona görə də, yeni texnologiyaları hazırda cəmiyyətin xeyrinə istifadə edilməsi təklif edilir.

Brigade konsepti bu günki motosiklləri xatırlatsa da, sükana və oturacağa malik deyildir.  Yardıcıların fikrincə bayk avtonom idarəetmə üçün lazım olan bütün avadanlıqlarla təchiz edilmiş və xüsusi giroskop ona iki təkər üstə durmağa kömək edir. Polis avadanlığı isə nömrələrin oxunması və qayda pozuntuların aşkar edilməsi üçün quraşdırılmış bir neçə kameradan, həyəcan siqnalından və səs gücləndiricisindən ibarətdir. 

Əlbəttə ki, motosikl birbaşa İnternetə qoşulacaqdır. Beləliklə, elektrik mühərriki ilə təchiz edilmiş bayk küçələrdə patrul xidməti apararaq düzgün park edilməyən avtomobillərin nömrələrini yazaraq polis idarəsinə göndərə bilər. Bundan başqa,o avtomobilləri qeydiyyat nişanlarının düzgünlüyünü polis bazasının məlumatları ilə müqayisə, hətta lazım gələrsə qayda pozanı təqib də edə bilər. Bununla belə, pilotsuz motosikl qayda pozanı saxlamağa cəhd etməyərək çəkilmiş videonu pilos idarəsinə göndərməlidir.